Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 50

Zəbur 50:11-22

Help us?
Click on verse(s) to share them!
11Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır.
12Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
13Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?
14Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
15Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
16Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı?
17Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan.
18Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan.
19Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan.
20Oturub qardaşından gileylənirsən, Ananın oğlundan qeybət edirsən.
21Sən belə edəndə Mən dinməmişəm. Məgər Məni özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm, Əməllərini gözünün önünə düzəcəyəm.
22Ey Allahı unudanlar, Buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, Heç birinizi xilas edən olmaz.

Read Zəbur 50Zəbur 50
Compare Zəbur 50:11-22Zəbur 50:11-22