Text copied!
Bibles in South Azerbaijani

Zəbur 40:1-9 in South Azerbaijani

Help us?

Zəbur 40:1-9 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi.
2 O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
3 Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
4 Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır!
5 Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
6 Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın.
7 O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb.
8 Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
9 Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
Zəbur 40 in Azərbaycan dilində Müqəddəs Kitab