Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 40

Zəbur 40:1-9

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi.
2O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
3Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
4Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır!
5Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
6Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın.
7O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb.
8Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
9Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.

Read Zəbur 40Zəbur 40
Compare Zəbur 40:1-9Zəbur 40:1-9