Text copied!
Bibles in South Azerbaijani

Zəbur 39:8-13 in South Azerbaijani

Help us?

Zəbur 39:8-13 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə.
9 Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin!
10 Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim.
11 İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
12 Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, Ata-babam kimi bir qonağam.
13 Bir azca nəzərini məndən çək, Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».
Zəbur 39 in Azərbaycan dilində Müqəddəs Kitab