Text copied!
Bibles in South Azerbaijani

Zəbur 31:9-17 in South Azerbaijani

Help us?

Zəbur 31:9-17 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Ya Rəbb, mənə rəhm et, Çünki əzabdayam, Kədərdən gözüm, qəlbim, bədənim quruyub.
10 Ömrüm qüssə ilə, İllərim ah-nalə ilə keçir. Təqsirimə görə taqətim qalmayıb, Sümüklərim quruyub.
11 Bütün düşmənlərim mənə tənə edir, Qonşularımsa onlardan daha betərdir, Tanışlarım məni görərkən dəhşətə düşür, Məni küçələrdə görənlər məndən qaçır.
12 Ölü bir adam kimi unudulmuşam, Çilik-çilik qırılan bir qaba oxşayıram.
13 Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub.
14 Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən».
15 Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
16 Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar.
17 Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın.
Zəbur 31 in Azərbaycan dilində Müqəddəs Kitab