Text copied!
Bibles in South Azerbaijani

Zəbur 31:13-21 in South Azerbaijani

Help us?

Zəbur 31:13-21 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub.
14 Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən».
15 Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
16 Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar.
17 Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın.
18 Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun!
19 Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
20 Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən.
21 Qoy Rəbbə alqış olsun! Çünki mühasirəyə düşən şəhərdə Məhəbbətini xariqələrlə mənə göstərdi!
Zəbur 31 in Azərbaycan dilində Müqəddəs Kitab