Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 31

Zəbur 31:13-21

Help us?
Click on verse(s) to share them!
13Çox adamların pıçıltısını eşidirəm, Hər tərəfimi dəhşət alıb, Hamı əleyhimə əlbir olub, Canımı almaq üçün qəsd qurub.
14Ya Rəbb, yalnız Sənə güvənirəm, Dedim: «Allahımsan Sən».
15Mənim hər anım Sənin əlindədir, Düşmənlərimin, təqibçilərimin əlindən Məni azad et.
16Bəndənin üstünə üzünün nurunu sal, Məhəbbətinlə məni qurtar.
17Ya Rəbb, məni xəcalətdə qoyma, Çünki Səni çağırıram. Qoy pislər utansın, Qoy ölülər diyarında səsləri batsın.
18Təkəbbürlə, həqarətlə yalan danışan, Salehlərə böhtan atan dillər lal olsun!
19Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
20Onları insanların qəsdlərindən Hüzurunda sığındırırsan, Böhtançı dillərə qarşı çardağında gizlədirsən.
21Qoy Rəbbə alqış olsun! Çünki mühasirəyə düşən şəhərdə Məhəbbətini xariqələrlə mənə göstərdi!

Read Zəbur 31Zəbur 31
Compare Zəbur 31:13-21Zəbur 31:13-21