Text copied!
Bibles in South Azerbaijani

Zəbur 30:2-8 in South Azerbaijani

Help us?

Zəbur 30:2-8 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin.
3 Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin.
4 Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Onun müqəddəs isminə şükür edin.
5 Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
6 Dinclik tapanda dedim: «Əsla sarsılmaram».
7 Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
8 Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:
Zəbur 30 in Azərbaycan dilində Müqəddəs Kitab