Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 30

Zəbur 30:2-8

Help us?
Click on verse(s) to share them!
2Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin.
3Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin.
4Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Onun müqəddəs isminə şükür edin.
5Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
6Dinclik tapanda dedim: «Əsla sarsılmaram».
7Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
8Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:

Read Zəbur 30Zəbur 30
Compare Zəbur 30:2-8Zəbur 30:2-8