Text copied!
Bibles in South Azerbaijani

Zəbur 29:3-10 in South Azerbaijani

Help us?

Zəbur 29:3-10 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir.
4 Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir,
5 Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar.
6 Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar.
7 Rəbbin səsi şimşəkləri çaxdırar,
8 Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar.
9 Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!»
10 Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.
Zəbur 29 in Azərbaycan dilində Müqəddəs Kitab