Text copied!
Bibles in South Azerbaijani

Zəbur 22:1-9 in South Azerbaijani

Help us?

Zəbur 22:1-9 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Davudun «Ayyelet haşşaxar» üstə oxunan məzmuru. Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?
2 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur.
3 Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən!
4 Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin.
5 Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar.
6 Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır.
7 Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8 «Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».
9 Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.
Zəbur 22 in Azərbaycan dilində Müqəddəs Kitab