Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 22

Zəbur 22:1-9

Help us?
Click on verse(s) to share them!
1Musiqi rəhbəri üçün. Davudun «Ayyelet haşşaxar» üstə oxunan məzmuru. Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?
2Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur.
3Nə qədər müqəddəssən! İsrailin həmdləri üzərində taxt quran Sənsən!
4Ata-babalarımız Sənə güvənmişdi, Sənə güvənəndə onları xilas etdin.
5Sənə yalvararkən qurtuldular, Sənə güvənərkən rüsvay olmadılar.
6Lakin mən torpaq qurduyam, insan deyiləm, Adamların tənə hədəfiyəm, Xalq mənə xor baxır.
7Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8«Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».
9Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.

Read Zəbur 22Zəbur 22
Compare Zəbur 22:1-9Zəbur 22:1-9