Text copied!
Bibles in South Azerbaijani

Zəbur 17:5-13 in South Azerbaijani

Help us?

Zəbur 17:5-13 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
6 Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
7 Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar.
8 Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla
9 Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
10 Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
11 İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
12 Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
13 Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
Zəbur 17 in Azərbaycan dilində Müqəddəs Kitab