Text copied!
Bibles in South Azerbaijani

Zəbur 132:9-18 in South Azerbaijani

Help us?

Zəbur 132:9-18 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
10 Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
11 Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
12 Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
13 Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.
14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım.
15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16 Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq.
17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18 Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq».
Zəbur 132 in Azərbaycan dilində Müqəddəs Kitab