Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 132

Zəbur 132:9-18

Help us?
Click on verse(s) to share them!
9Kahinlərin həqiqətə bürünsün, Möminlərin Səni mədh etsin.
10Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə.
11Rəbb Davuda sədaqətlə and içdi, Bu andından dönməz: «Belindən gələn oğullarından birini Səndən sonra taxtında oturdacağam.
12Əgər övladların əhdimə, Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, Onların oğulları da Sonsuza qədər sənin taxtında oturacaq».
13Çünki Rəbb Sionu seçdi, Orada Öz məskənini salmaq istədi.
14Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, İstəyirəm ki, burada məskən salım.
15Bu yerə bol ruzi-bərəkət verəcəyəm, Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16Kahinlərini zəfərə bürüyəcəyəm, Möminləri sevinclə mədh oxuyacaq.
17Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18Düşmənlərini xəcalətə salacağam, Lakin onun tacı nur saçacaq».

Read Zəbur 132Zəbur 132
Compare Zəbur 132:9-18Zəbur 132:9-18