Text copied!
Bibles in South Azerbaijani

Zəbur 129:2-8 in South Azerbaijani

Help us?

Zəbur 129:2-8 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər.
3 Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
4 Rəbb isə adildir, Pislərin buxovlarını qırdı».
5 Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun!
6 Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar!
7 O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz!
8 Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!»
Zəbur 129 in Azərbaycan dilində Müqəddəs Kitab