Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Zəbur - Zəbur 129

Zəbur 129:2-8

Help us?
Click on verse(s) to share them!
2Bəli, gəncliyimdən bəri mənə əzab verdilər, Lakin məğlub edə bilmədilər.
3Elə bil kürəyimdə kotan sürüblər, Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
4Rəbb isə adildir, Pislərin buxovlarını qırdı».
5Siona nifrət bəsləyənlərin hamısı Qoy xəcalət içində geri qovulsun!
6Qoy cücərmədən solsunlar, Damda bitən ot kimi olsunlar!
7O, biçinçinin ovcunu, Dərz bağlayanın qucağını doldurmaz!
8Yoldan keçən onlara belə deməz: «Rəbb sizə xeyir-dua versin, Sizə Rəbbin ismi ilə alqış olsun!»

Read Zəbur 129Zəbur 129
Compare Zəbur 129:2-8Zəbur 129:2-8