Text copied!
Bibles in South Azerbaijani

Yeşua 12:6-9 in South Azerbaijani

Help us?

Yeşua 12:6-9 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.
7 Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır:
8 Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.
9 Yerixo padşahı; Bet-Elin yanındakı Ay şəhərinin padşahı;
Yeşua 12 in Azərbaycan dilində Müqəddəs Kitab