Text copied!
Bibles in South Azerbaijani

Yəhya 9:1-15 in South Azerbaijani

Help us?

Yəhya 9:1-15 in Azərbaycan dilində Müqəddəs Kitab

1 İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü.
2 Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?»
3 İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu.
4 Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
5 Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm».
6 Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü.
7 Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı.
8 Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?»
9 Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi.
10 Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular.
11 O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı».
12 Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.
13 Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar.
14 İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi.
15 Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm».
Yəhya 9 in Azərbaycan dilində Müqəddəs Kitab