Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yəhya - Yəhya 9

Yəhya 9:1-15

Help us?
Click on verse(s) to share them!
1İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü.
2Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?»
3İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu.
4Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz.
5Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm».
6Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü.
7Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı.
8Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?»
9Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi.
10Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular.
11O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı».
12Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.
13Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar.
14İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi.
15Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm».

Read Yəhya 9Yəhya 9
Compare Yəhya 9:1-15Yəhya 9:1-15