Text copied!
Bibles in South Azerbaijani

Saylar 26:2-30 in South Azerbaijani

Help us?

Saylar 26:2-30 in Azərbaycan dilində Müqəddəs Kitab

2 «Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın».
3 Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi:
4 «Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» Misir torpağından çıxan İsrail övladları bunlardır:
5 İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli;
6 Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli.
7 Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi.
8 Palunun oğlu Eliav,
9 Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər.
10 Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu.
11 Qorahın nəsli isə ölmədi.
12 Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli;
13 Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli;
14 Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir.
15 Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli;
16 Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli:
17 Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli.
18 Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir.
19 Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər.
20 Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli.
21 Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli.
22 Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir.
23 Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli;
24 Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli.
25 İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir.
26 Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli.
27 Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir.
28 Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim.
29 Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli;
30 Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli;
Saylar 26 in Azərbaycan dilində Müqəddəs Kitab