Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 26

Saylar 26:2-30

Help us?
Click on verse(s) to share them!
2«Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın».
3Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi:
4«Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» Misir torpağından çıxan İsrail övladları bunlardır:
5İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli;
6Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli.
7Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi.
8Palunun oğlu Eliav,
9Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər.
10Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu.
11Qorahın nəsli isə ölmədi.
12Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli;
13Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli;
14Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir.
15Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli;
16Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli:
17Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli.
18Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir.
19Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər.
20Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli.
21Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli.
22Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir.
23Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli;
24Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli.
25İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir.
26Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli.
27Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir.
28Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim.
29Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli;
30Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli;

Read Saylar 26Saylar 26
Compare Saylar 26:2-30Saylar 26:2-30