Text copied!
Bibles in South Azerbaijani

Saylar 22:36-41 in South Azerbaijani

Help us?

Saylar 22:36-41 in Azərbaycan dilində Müqəddəs Kitab

36 Balaq Bilamın gəldiyini eşitdikdə onu qarşılamaq üçün Arnon çayının kənarında, torpağının ən uzaq sərhədində olan İr-Moav şəhərinə getdi.
37 Balaq Bilama dedi: «Səni çağırtdırmaq üçün adam göndərmədimmi? Nə üçün mənim yanıma gəlmədin? Məgər mən sənə mükafat verə bilmirəmmi?»
38 Bilam Balaqa dedi: «Budur, indi sənin yanına gəldim! Amma nə deyə bilərəm ki? Ancaq Allahın dilimə qoyacaq sözü söyləyəcəyəm».
39 Bilam Balaqla birgə getdi və Qiryat-Xusota gəldilər.
40 Balaq mal-qaranı və qoyun-keçini qurban kəsdi. Bilama və onunla birgə olan başçılara ət göndərdi.
41 Bundan sonra səhəri gün Balaq Bilamı götürdü və onu Bamot-Baala çıxartdı. Bilam oradan İsrail xalqının bir hissəsini gördü.
Saylar 22 in Azərbaycan dilində Müqəddəs Kitab