Text copied!
Bibles in South Azerbaijani

Saylar 19:9-13 in South Azerbaijani

Help us?

Saylar 19:9-13 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Düyənin külünü pak adam toplayıb düşərgənin kənarında pak bir yerə qoysun və İsrail övladlarının icması naminə paklama suyu düzəltmək üçün saxlanılsın. Bu, günah qurbanıdır.
10 Düyənin külünü toplayan adam geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu, İsrail övladları üçün və aralarında yaşayan yadellilər üçün də əbədi bir qaydadır.
11 Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq.
12 Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq.
13 Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır.
Saylar 19 in Azərbaycan dilində Müqəddəs Kitab