Text copied!
Bibles in South Azerbaijani

Saylar 10:16-32 in South Azerbaijani

Help us?

Saylar 10:16-32 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.
17 Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.
18 Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi.
19 Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.
20 Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.
21 Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.
22 Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi.
23 Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi.
24 Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.
25 Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi.
26 Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel,
27 Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.
28 İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.
29 Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».
30 Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm».
31 Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et.
32 Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».
Saylar 10 in Azərbaycan dilində Müqəddəs Kitab