Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Saylar - Saylar 10

Saylar 10:16-32

Help us?
Click on verse(s) to share them!
16Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi.
17Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər.
18Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi.
19Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi.
20Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi.
21Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.
22Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi.
23Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi.
24Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.
25Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi.
26Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel,
27Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.
28İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.
29Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».
30Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm».
31Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et.
32Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».

Read Saylar 10Saylar 10
Compare Saylar 10:16-32Saylar 10:16-32