Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 7:11-21 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 7:11-21 in Azərbaycan dilində Müqəddəs Kitab

11 O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
12 Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
13 O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
14 «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
15 Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım.
16 Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm.
17 Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm.
18 Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq.
19 Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib.
20 Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq».
21 Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.
Süleymanin Məsəlləri 7 in Azərbaycan dilində Müqəddəs Kitab