Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 7

Süleymanin Məsəlləri 7:11-21

Help us?
Click on verse(s) to share them!
11O hay-küyçüdür, o bihəyadır, Öz evində oturmayandır.
12Gah küçəyə, gah meydanlara çıxar, Hər tin başı bir pusqu qurar.
13O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi:
14«Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm.
15Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım.
16Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm.
17Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm.
18Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq.
19Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib.
20Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq».
21Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı.

Read Süleymanin Məsəlləri 7Süleymanin Məsəlləri 7
Compare Süleymanin Məsəlləri 7:11-21Süleymanin Məsəlləri 7:11-21