Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 6:9-16 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 6:9-16 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Ey tənbəl, nə qədər yatacaqsan? Nə vaxt yuxudan oyanacaqsan?
10 Bir az da uzanıb yuxuya dalsan, Əl-qolunu uzadaraq yatsan,
11 Yoxsulluq soyğunçu kimi üstünə gələr, Ehtiyac quldur kimi sənə hücum çəkər.
12 Yaramaz adam – şər insan Əyri danışaraq dolanar,
13 Göz vurar, ayaqları ilə işarə edər, Barmaqları ilə göstərər.
14 Qəlbinin məkrli niyyəti var, Həmişə şər qurar, nifaq salar.
15 Ona görə başına qəfildən bəla gələr, Birdən yıxılıb çarəsiz qalar.
16 Rəbbin zəhləsi altı şeydən gedir, Yeddi şey var, ondan ikrah edir:
Süleymanin Məsəlləri 6 in Azərbaycan dilində Müqəddəs Kitab