23 Bu əmr çıraqdır, bu təlim nurdur, Tərbiyə üçün edilən məzəmmət həyat yoludur.
24 Bunlar səni pozğun qadından, Şirindilli yad arvaddan qoruyar.
25 Onun gözəlliyinə aşiq olma, Onun kirpiklərinin əsiri olma.
26 Fahişənin üzündən insan bir tikə çörəyə möhtac qalar, Kiminsə zinakar arvadı insanın qiymətli canını ovlar.
27 Bir kişi qoynuna od alanda Əyin-başı yanmazmı?
28 Köz üzərində gəzənin Ayaqları bişməzmi?
29 Qonşusunun arvadının yanına girənin də halı belədir, O qadına toxunan cəzasını çəkər.
30 Qarnını doydurmaq üçün ac oğru oğurlarsa, Kimsə onu qınamaz.
31 Amma onu tutsalar, yeddi qat ödəməlidir, Evinin var-yoxunu verməlidir.
32 Qadınla zina edən qanmazdır, Özünü məhv etmək istəyən belə edər.
33 Bu kişinin nəsibi kötək, şərəfsizlikdir, Biabırçılığı üzərindən silinməz.
34 Çünki ərini qeyrət coşdurar, Ondan amansızcasına qisas alar.
35 Heç nə ilə ərinin qarşısını almaq olmaz, Nə verilsə belə, o razılaşmaz.