Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 4:1-7 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 4:1-7 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun.
2 Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
3 Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
4 Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
5 Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
6 Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
7 Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.
Süleymanin Məsəlləri 4 in Azərbaycan dilində Müqəddəs Kitab