Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 4

Süleymanin Məsəlləri 4:1-7

Help us?
Click on verse(s) to share them!
1Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın, İdrakı dərk etmək üçün diqqətli olun.
2Çünki sizə yaxşı dərs verirəm, Təlimimi atmayın.
3Mən ata ocağında uşaq olanda, Anamın yeganə balası olanda
4Atam mənə təlim verərək dedi: «Qoy qəlbin sözümə möhkəm bağlansın, Əmrlərimə əməl et ki, ömrün uzun olsun.
5Hikmət qazan, idrak qazan, Sözlərimi unutma, sözümdən çıxma.
6Hikmətdən ayrılmasan, o səni qoruyar, Əgər onu sevsən, səni saxlayar.
7Hikmət hər şeydən üstündür, gərək onu qazanasan, İdraka sahib olmaq üçün var-yoxunu verəsən.

Read Süleymanin Məsəlləri 4Süleymanin Məsəlləri 4
Compare Süleymanin Məsəlləri 4:1-7Süleymanin Məsəlləri 4:1-7