Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 3:24-34 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 3:24-34 in Azərbaycan dilində Müqəddəs Kitab

24 Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
25 Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
26 Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
27 Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
28 İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
29 Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
30 Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
31 Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
32 Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
33 Rəbb pislərin ocağına lənət edər, Salehlərin yurduna xeyir-dua verər.
34 Rəbb rişxəndçilərə istehza edər, İtaətkarlara isə lütf göstərər.
Süleymanin Məsəlləri 3 in Azərbaycan dilində Müqəddəs Kitab