Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 3:12-32 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 3:12-32 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər.
13 Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır!
14 Bunları qazanmaq gümüş qazanmaqdan yaxşıdır, Bu qazanc saf qızıldan dəyərlidir.
15 Hikmət yaqutlardan qiymətlidir, Xoşladığın bütün şeylər ona tay deyil.
16 Onun sağ əlində uzun ömür, Sol əlində sərvət və şərəf var.
17 Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
18 Ona bağlananlar üçün o, həyat ağacıdır, Ondan möhkəm yapışanlar nə bəxtiyardır!
19 Rəbb dünyanın təməlini hikmətlə qurub, Dərrakə vasitəsilə göyləri bərqərar edib.
20 Biliyi ilə dərinliklər yarılıb, Göylərdən şeh çilənir.
21 Oğlum, sağlam şüura, dərrakəyə bağlan, Bunlardan gözünü çəkmə.
22 Onlar sənin həyatın olar, Gözəl naxış kimi boynuna bağlanar.
23 O zaman rahat gəzərsən, Ayaqların büdrəməz.
24 Qorxusuz, rahat yatarsan, Şirin yuxu taparsan.
25 Qəfil fəlakətdən, Pislərə gələn bəladan qorxma.
26 Çünki güvəndiyin Rəbdir, O qoymaz ki, sən tələyə düşəsən.
27 Əlindən yaxşılıq gəlirsə, Buna layiq insanlardan əsirgəmə.
28 İmkanın varsa, qonşuna demə: «Sonra gələrsən, sabah verərəm».
29 Yanında sakit yaşayan qonşun üçün Şər qurma.
30 Sənə pislik etməyənlə Nahaq yerə çəkişmə.
31 Zorakıya qibtə etmə, O gedən yolların heç birini seçmə.
32 Çünki azğınlar Rəbdə ikrah yaradar, Rəbb əməlisalehlərlə dost olar.
Süleymanin Məsəlləri 3 in Azərbaycan dilində Müqəddəs Kitab