Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 29:15-22 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 29:15-22 in Azərbaycan dilində Müqəddəs Kitab

15 Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
16 Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
17 Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
18 İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
19 Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
20 Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
21 Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
22 Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.
Süleymanin Məsəlləri 29 in Azərbaycan dilində Müqəddəs Kitab