Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Süleymanin Məsəlləri - Süleymanin Məsəlləri 29

Süleymanin Məsəlləri 29:15-22

Help us?
Click on verse(s) to share them!
15Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.
16Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.
17Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.
18İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!
19Qula sözlə tərbiyə vermək olmaz, Çünki başa düşsə belə, qulaq asmaz.
20Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var.
21Kim ərköyün qul böyütsə, Axırda bu ona dərd verər.
22Qəzəbli insan dava yaradar, Kəmhövsələ günahı artırar.

Read Süleymanin Məsəlləri 29Süleymanin Məsəlləri 29
Compare Süleymanin Məsəlləri 29:15-22Süleymanin Məsəlləri 29:15-22