Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 24:18-28 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 24:18-28 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, Düşmənin üzərindən qəzəbini götürər.
19 Pislik edənlərə görə qəzəblənmə, Şər insanlara qibtə etmə,
20 Çünki pis insanın axırı yoxdur, Şər adamın çırağı sönər.
21 Oğlum, Rəbdən və padşahdan qorx, Xəyanətkarlarla yoldaş olmaqdan çəkin.
22 Onların bəlası qəfildən gəlir. Hər ikisinin verəcəyi cəzanı kim bilir?
23 Bu sözləri də hikmətlilər deyib: Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.
24 Pis insana «sən salehsən» deyəni xalqlar qınayar, Ümmətlər lənət yağdırar.
25 Amma onu danlayanlar xeyir tapar, Başlarından bol bərəkət yağar.
26 İnsana doğru cavab verən Sanki onun üzündən öpər.
27 Əvvəlcə çöldəki işini qurtar, Zəmi sal, sonra evini tik.
28 Qonşunun əleyhinə haqsız şahidlik etmə, Qoy dilindən yalan söz çıxmasın.
Süleymanin Məsəlləri 24 in Azərbaycan dilində Müqəddəs Kitab