1 Pis adamlara qibtə etmə, Onlara qoşulmaq istəmə.
2 Çünki ürəklərində zalımlığı fikirləşər, Dilləri qəddarlıqdan danışar.
3 Ev hikmətlə tikilər, Dərrakə ilə möhkəmlənər.
4 Mənzillər bilik vasitəsilə, Hər cür dəyərli, yaxşı şeylərlə dolar.
5 Hikmətli kişi qüvvətli olar, Bilikli adam öz gücünü artırar.