Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 23:9-18 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 23:9-18 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
10 Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
11 Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
12 Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
13 Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
14 Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
15 Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
16 Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
17 Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
18 Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
Süleymanin Məsəlləri 23 in Azərbaycan dilində Müqəddəs Kitab