6 Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
7 O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
8 Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
9 Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
10 Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
11 Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
12 Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.