Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 23:5-17 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 23:5-17 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Gözünü sərvətə diksən, yox olar, Birdən qanadlanar, uçub qartal tək göyə qalxar.
6 Xəsisin çörəyini yemə, Onun ləziz xörəklərinə tamah salma.
7 O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, Amma ürəyi ilə dili bir deyil.
8 Yediyin loğmanı qusarsan, Dediyin bütün şirin sözlər boşa çıxar.
9 Axmağın qulağına söz demə, Çünki sənin ağıllı sözlərinə xor baxar.
10 Qədim sərhəd daşının yerini dəyişmə, Yetimlərin əkininə girmə.
11 Çünki onların Hamisi qüvvətlidir, Səninlə olan münaqişəyə O baxar.
12 Qəlbini tərbiyəyə, Qulaqlarını bilik sözlərinə ver.
13 Uşağa tərbiyə ver, bundan vaz keçmə, Tərbiyə kötəyi ona ölüm gətirməz.
14 Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
15 Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
16 Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
17 Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
Süleymanin Məsəlləri 23 in Azərbaycan dilində Müqəddəs Kitab