Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 23:14-31 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 23:14-31 in Azərbaycan dilində Müqəddəs Kitab

14 Əgər sən onu kötəkləsən, Canını ölülər diyarından xilas edərsən.
15 Oğlum, ürəyin hikmətli olarsa, Mənim də ürəyim sevinər.
16 Dilindən düz sözlər çıxarsa, Könlüm sevincdən cuşa gələr.
17 Ürəyin günahkarlara qibtə etməsin, Ancaq bütün gün Rəbb qorxusu ilə yaşa.
18 Sənin də bir aqibətin var, Ümidin boşa çıxmaz.
19 Oğlum, dinlə, hikmətli ol, Qəlbini düz yola bağla.
20 Şərab düşkünü olan əyyaşlara, Ət qapan qarınqululara qoşulma.
21 Çünki əyyaş və qarınqulu yoxsullaşar, Yeyib-içib, məst olan cır-cındır içində qalar.
22 Doğma atana qulaq as, Qoca anana xor baxma.
23 Həqiqət al, onu satma, Hikməti, tərbiyəni, idrakı qoruyub-saxla.
24 Salehin atası bolluca fərəhlənəcək, Hikmətlinin övladı onu sevindirəcək.
25 Qoy ata-anan sevinsin, Səni doğan fərəhlənsin.
26 Oğlum, ürəyini mənə yönəlt, Gözlərin mənim yollarımı nəzərdən keçirsin.
27 Fahişə dərin bir çuxurdur, Yad arvad dar quyudur.
28 Quldur kimi pusqu qurar, İnsanlar arasında xainləri artırar.
29 Kimdir yaslı? Kimdir dərdli? Kimin münaqişəsi var? Kimin şikayəti var? Kim boş yerə yaralandı? Kimin gözləri qızarar?
30 Şərab içməyə oturub qalxmayan, Gedib müxtəlif şərab dadanlar!
31 Şərabın al rənginə, Qədəhdə parlamasına, rahat içilməsinə baxma.
Süleymanin Məsəlləri 23 in Azərbaycan dilində Müqəddəs Kitab