Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 21:5-16 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 21:5-16 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər.
6 Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7 Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
8 Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
9 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
10 Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
11 Rişxəndçini cərimə etsən, cahil bundan hikmət alar, Hikmətli ibrətdən bilik qazanar.
12 Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.
13 Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək.
14 Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.
15 Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər.
16 Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.
Süleymanin Məsəlləri 21 in Azərbaycan dilində Müqəddəs Kitab