Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 21:2-10 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 21:2-10 in Azərbaycan dilində Müqəddəs Kitab

2 İnsanın yolu öz gözündə düz sayılar, Lakin ürəkləri Rəbb yoxlayar.
3 Rəbb Ona qurban təqdimindən çox Salehliyə, ədalətə riayət edilməsini istər.
4 Təkəbbürlü baxış, lovğa ürək Pislərin işığı və günahıdır.
5 Çalışqanın niyyəti xeyir gətirər, Tələsən ehtiyac içinə düşər.
6 Yalançılıqla qazanılan xəzinə Havaya yayılan sis-dumandır, bir ölüm tələsidir.
7 Zorakılığına görə pislər süpürülüb atılacaq, Çünki onlar ədalətə əməl etmək istəmir.
8 Günahkarın yolu dolaşıqdır, Pak insanın etdiyi doğru sayılır.
9 Davakar arvadla bir evdə yaşamaqdansa Damın bir küncündə yaşamaq yaxşıdır.
10 Pis insan şərə can atar, Qonşusu gözündə lütf tapmaz.
Süleymanin Məsəlləri 21 in Azərbaycan dilində Müqəddəs Kitab