Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 21:18-30 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 21:18-30 in Azərbaycan dilində Müqəddəs Kitab

18 Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19 Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20 Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21 Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
22 Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.
23 Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
24 Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.
25 Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
26 Tənbəl bütün gün çox şey arzulayar, Salehsə əsirgəmədən azuqə paylayar.
27 Şər adamın etdiyi qurban iyrəncdir, Pis niyyətlə təqdim olunarsa, daha pisdir.
28 Yalançı şahid həlak olar, Söz eşidən həmişə danışdırılar.
29 Şər adam üzünü sərtləşdirər, Əməlisaleh tutduğu yolu möhkəmləndirər.
30 Heç bir hikmət, dərrakə, ibrət Rəbbin qarşısında dayana bilməz.
Süleymanin Məsəlləri 21 in Azərbaycan dilində Müqəddəs Kitab