Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 21:17-25 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 21:17-25 in Azərbaycan dilində Müqəddəs Kitab

17 Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz.
18 Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19 Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20 Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21 Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
22 Bir hikmətli qəhrəmanların şəhərinə hücum çəkər, Alınmaz qalanı darmadağın edər.
23 Ağzını, dilini tutan insan Canını bəlalardan saxlayar.
24 Lovğa, təkəbbürlü adam rişxəndçi adlanır, Lovğalandıqca lovğalanır.
25 Tənbəlin arzusu onu ölümə aparır, Çünki əlləri zəhmətdən qaçır.
Süleymanin Məsəlləri 21 in Azərbaycan dilində Müqəddəs Kitab