Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 21:12-21 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 21:12-21 in Azərbaycan dilində Müqəddəs Kitab

12 Saleh insan pislərin evi barədə düşünər, Çünki pislər alt-üst olub bəlaya düşər.
13 Qulağını tutub kasıbın fəryadını eşitməyənin Fəryadına cavab verilməyəcək.
14 Gizli hədiyyə qəzəbi, Qoltuqdakı rüşvət hiddəti yatırar.
15 Haqq öz yerinə gələndə saleh sevinər, Şər iş görənin başı bəlaya düşər.
16 Kim ki ağlın yolundan çıxar, Ölülər camaatı arasında uyuyar.
17 Zövq-səfaya düşkün olan ehtiyaca düşər, Şərab və yağlı yemək hərisi sərvət tapmaz.
18 Pis insan salehin yerinə, Xain əməlisalehin əvəzinə girov verilər.
19 Davakar, deyingən arvadla yaşamaqdansa Çöllükdə yaşamaq yaxşıdır.
20 Hikmətlinin evində istənilən xəzinə və bolluq var, Axmağın nəyi varsa, yeyib-qurtarar.
21 Salehlik və sədaqətin ardınca gedən Həyat, salehlik və şərəf tapar.
Süleymanin Məsəlləri 21 in Azərbaycan dilində Müqəddəs Kitab