Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 17:7-25 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 17:7-25 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
8 Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
9 Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.
10 Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.
11 Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər.
12 Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.
13 Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz.
14 Davanın başlanması su bəndinin açılmasına bənzər, Dava başlanmamış münaqişəni tərk et.
15 Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır.
16 Axmaq hikmət qazanmaq istəməz, Bunun üçün pul sərf etmək fayda verməz.
17 Dost hər zaman sevər, Qardaş dar gün üçün doğular.
18 Qanmaz başqası ilə əlbir olar, O, qonşusuna zamin durar.
19 İtaətsizliyi sevən münaqişəni sevər, Qapısını ucaldan əcəlini səslər.
20 Əyri ürəkli xeyir tapmaz, Hiyləgər dilli insanı bəlaya salar.
21 Axmağın atası dərdə düşər, Sarsağın atasının sevinci itər.
22 Ürək sevinci can üçün ən yaxşı məlhəmdir, Könlün sınması sümükləri qurudar.
23 Şər qoltuğuna rüşvət götürər ki, Ədalət yollarını pozsun.
24 Qanan adam hikmətə baxar, Axmağın gözləri dünyanın o tayını axtarar.
25 Axmaq oğul atasına qəm-kədər verər, Onu doğan anasını qubarladar.
Süleymanin Məsəlləri 17 in Azərbaycan dilində Müqəddəs Kitab