Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 17:4-13 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 17:4-13 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.
5 Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır.
6 Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır.
7 Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
8 Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
9 Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.
10 Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.
11 Pis insan ancaq üsyankarlıq axtarar, Onun əleyhinə qəddar qasid göndərilər.
12 Balalarını itirmiş bir ayıya rast gəlmək Səfahətə batmış axmaqla rastlaşmaqdan yaxşıdır.
13 Kim yaxşılıq əvəzinə pislik etsə, Evindən pislik ayrılmaz.
Süleymanin Məsəlləri 17 in Azərbaycan dilində Müqəddəs Kitab