Text copied!
Bibles in South Azerbaijani

Süleymanin Məsəlləri 17:1-10 in South Azerbaijani

Help us?

Süleymanin Məsəlləri 17:1-10 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Quru bir loğması olan dinc ev Münaqişəli olan, ziyafət dolu evdən yaxşıdır.
2 Ağıllı nökər adbatıran oğlun ağası olar, Qardaşlar arasında miras payı alar.
3 Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar.
4 Pis adamın diqqəti şər ağızdadır, Yalançı fitnəkarın sözlərinə qulaq asır.
5 Yoxsula rişxənd edən Yaradanına xor baxır, Başqasının bəlasına sevinən cəzasız qalmır.
6 Nəvələr ahılların tacıdır, Oğulların şərəfi atalarıdır.
7 Sarsağa bəlağətli söz yaraşmadığı kimi Əsilzadəyə də yalançı dil yaraşmaz.
8 Rüşvət verənin gözündə rüşvət bir tilsimdir, Çünki hansı tərəfə getsə, uğur gətirir.
9 Günahı örtən məhəbbət axtarar, Sözgəzdirən əziz dostları ayırar.
10 Qanan insan üçün bir irad Axmağa vurulan yüz zərbədən də artıq təsir edir.
Süleymanin Məsəlləri 17 in Azərbaycan dilində Müqəddəs Kitab